Nə saqı saqar
Nə saqı saqar Müəllif: Mirzə Bəylər |
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01. |
Bir düzəl təcnisə, mənim dal qəddim,
Nəzmi-vəzni söylə nə saqı saqar.
Dərdbilməz yolunda mənim çal xəddim,
Ağarırsan, ağar, nə saqısa qar.
Dost bağında alma nədi, heyva nə?
Muşa varsam, seyr edərəm heyvana.
Tabıstanda ələf sazla heyvana,
Zimistanda əgər nasaq isə qar.
Zənburun əsəlin-balın tutmayan,
Səməndərin pərü balın tutmayan,
Məhəbbət səngini balın tutmayan,
Nə mərəkdə namus, nə sağı sağ ər.
Mərəzin nəbzi düz, məcazı dursa,
Xəyalı yasaqsa, məcazı dursa,
Dost dostun yolunda məcazı dursa,
Nəsib olar ona nəs ağı saqar.
Bərbadku bədor daim badədən,
Sərsər olsa, vermək olmaz bada dən.
Zəif Mirzə xəstə düşüb badədən,
Nə özü əməmməz, nə saqı sağar.