Nə saqiyü nə ləbi-ləlfamə müştaqəm

Nə saqiyü nə ləbi-ləlfamə müştaqəm
Müəllif: Molla Məhəmməd Zövi
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Nə saqiyü nə ləbi-ləlfamə müştaqəm,
Nə rahi-ruhəfzayə, nə camə müştaqəm.

Bəsani-zəhr məzaqımda təlxdir şəkkər,
Zibəs ki ol məhi-şirinkəlamə müştaqəm.

Əzəldə istər idim vəslüvü, vəli hala
Nəvidi-qətl verən bir pəyamə müştaqəm.

Nə sərvə meyl edərəm, nə sənubərə kim, mən
O qədr ol büti-tubaqiyamə müştəqam.

O şəms vəsli deyil arizu mənə, Zövi,
Dilindən ol sənəmin bir səlamə müştaqəm.