Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz Müəllif: Ağababa Zühuri |
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,
Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Muradım can fəda qılmaqdı yetcək vəsli-cananə,
Əgər hasil ola, eşq aləmində böylə kam olmaz.
Səfayi-vəslə yetdin, eyləyib çox səylər, ey dil,
Bəyan et birbəbir hicran qəmin, böylə məqam olmaz.
Vüsali-yarə yetdin, bir əyağ tut, badə qıl hazir,
Dur, ey saqi, başınçun böylə dəm hərgiz müdam olmaz.
Bu bəzmi-vəsl cənnət, saqisi qılmani-tubaqəd,
Məni mən etmə, zahid, mey behişt içrə həram olmaz.
Gözün mən etməyə mülki-ruxindən ləşkəri-xətti
Edib müjganların səf-səf ki, dəva binizam olmaz.
Gədalıq rəsmini tut kim, dəri-cananə yetməkçün,
Zühuri, nəng qılma, aşiq üçün nəngü nam olmaz.