Nəbatat aləmi
Tapmacalar Nəbatət aləmi haqqında Müəllif: Şifahi xalq ədəbiyyatı |
Mənbə: Tapmacalar. Bakı,2004 |
Mədəni bitkilər
redaktəAğ at biyan içində,
Quyruğu qan içində,
Getdim qanı silməyə,
Batdım biyan içində.
(Boyaq kökü).
Ağ qıza əl uzatdım,
Məsti budaqda qaldı.
(Pambıq).
Ağacın tutmaq olmaz,
Ətrindən doymaq olmaz.
(Qızılgül).
Bağrım başı zədəndi,
Zədəndi, zəbərdəndi,
Yaşıl əkdim, al tökdü,
Görən əsli nədəndi?
(Sumaq).
Bahalıdır qiymətin,
Şahlar çəkir minnətin.
(Zəfəran).
Bir sürü atlar,
Çəməndə otlar.
Vaxtı gələndə,
Dərisi çatlar.
(Pambıq).
Qoca babam allandı,
Qızıl toyuq sallandı.
(Gülburnu).