Nəbatat aləmi. Ağaclar
Tapmacalar Nəbatət aləmi (ağaclar) haqqında Müəllif: Şifahi xalq ədəbiyyatı |
Mənbə: Tapmacalar. Bakı,2004 |
Ağaclar
redaktəAşmaz-uşmaz,
Yerə düşsə,
Beli sınmaz.
(Yarpaq).
Əynində yaşıl donu,
Damarları görsənir.
(Yarpaq).
Əyri- üyrü boy atar,
Ayağı yerə batar,
Salxım-salxım sallanar,
Altında sarvan yatar.
(Söyüd ağacı).
İnəyim var, eşikdədi,
Ayı, ili eşikdədi,
İldə bir kərə sağılar,
Özü yenə eşikdədi.
(Bağ).
Uzanar, ha uzanar,
Qollarınnan balalar.
(Ağaclar).
Uzun-uzun uzanar,
Al yaşıla boyanar.
Qırmızıdan don geyər,
Ərş üzünə uzanır.
(Ağac).
Yağış yağanda,
Çimər,yuyunar.
Yazda geyinər,
Qışda soyunar.
(Ağac).
Yaşılı yamanca bərkdi,
Sarısı lap köbələkdi.
Əl vurma, düşəcəkdi.
(Ağac yarpağı).