Nədəndi (Növrəs İman)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Nədəndi Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 171 |
Doyurubsan məni cana Qeysəri,
Mərdin namus, qeyrət, arı nədəndi?
Nə lazım biz üçün o kirdigara?
Qurulan nizamı, karı nədəndi?
Şəmsi-vəzzühadan, zülfü tiladan,
Ayeyi-əfnadan, bəhri-bəladan,
Xatəmül övradan, rəbbi-əladan
Biz üçün qənimət varı nədəndi?
Novrəstə İmanın bu müəmması,
Şikəstə könlünün bürci-qalası,
İşləyir sərində zənbur nalası,
Nə istəyir, ahü zarı nədəndi?