Nədəndir de, kömür gözlüm, nədəndir?
Bu mənim gecələr uyumadığım.
Çətin derlər ayrılığın dərdini,
Ayrılıq dərdinə doyamadığım.
Dostun bağçasına yad əllər dolmuş,
Gülünü toplarkən fidanın qırmış,
Burda bir kötünün qoynuna girmiş
O mənim sevməyə qıyamadığım.
Kömür gözlüm, səni sevdim saqındım,
Endim xas bağçaya güllər soğundum,
Bilmiyorum nərələrdə toxundum,
Bir bəlli xəbərin alamadığım.
Qaracaoğlan der ki, yandım da öldüm
Hər dəliliyi mən kəndimə buldum.
Dolanıb ki, qəvil yerinə gəldim
Qəvil yerlərində bulamadığım.