Nədir (Məlikballı Qurban)

Nədir
Müəllif: Məlikballı Qurban
Mənbə: "Aşıq təcnisləri" (şeir antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, 2022.

Camalını görgəc mail olmuşam,
Bilmədim gözəlim, ay adin nədir?
Səbrim aldı tamam türfə gözəllər,
Sənəmlərdə məzhəb, aya din nədir?

Bu dünyada varmı yar, dı, yoldaşın,
Fərhad külüng çaldı, yardı yol daşın,
Aləmlər cəm olsa yardı yoldaşın,
Qonumun, qardaşın, a yadın nədir?

Qurban deyər, yarsız günə gün dəmən,
Xızrə yetər ləblərindən gündəmən,
Ziyarətin hüsnə varmı gündə mən,
Tamam günlərimiz ay adinnədir?