Nədir bais ki məndən şəfqətin kəm etmisən, cana

Nədir bais ki məndən şəfqətin kəm etmisən, cana
Müəllif: Molla Qədir Naci
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Nədir bais ki məndən şəfqətin kəm etmisən, cana!
Məni məhrum edib, əğyan məhrəm etmisən, cana!

Əgər Fərhad gəlsə, rəxnə salmaz zərrə miqdarı
Yetən nakəslə əhdin öylə möhkəm etmisən, cana!

Sərəfraz eylədin əvvəl məni yüz lütflər birlə,
Bu layiqdirmi, axır xakməqdəm etmisən, cana!

Salıbsan canıma firqət odundan bir şərarət kim,
Ləbim xüşk ol şərarətdən, gözüm nəm etmisən, cana!

Əgər aləm fərax olsa sərasər, girməgə yer yox,
Könül məmurəsin bir gunə pürğəm etmisən, cana!..

Sitəmkeş Nacini xaki-dərindən eylədin ixrac,
Rəqibani-cəfacuni mükərrəm etmisən, cana!