Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/111-ci xütbə

110-cu xütbə Nəhcül-bəlağə. 111-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
112-ci xütbə


İmam Əli əleyhis-salamın ölüm mələyi (əleyhis-salam) və onun insanların ruhunu almasını xatırladığı xütbələrindəndir. (Allah-təalanın zatının əslinin dərkedilməz olmasına da işarə buyurur.) Onu (can almaq üçün) mənzilə daxil olarkən hiss edib başa düşürsənmi? Yaxud da onu can alanda görürsənmi? (Xeyr!!!) (Heyrətləndiricidir ki,) anasının qarnında olan uşağın ruhunu necə alır? Anasının bəzi üzvlərindənmi ona yol tapır? Yoxsa ruh Allahının izn və fərmanı ilə Ona tərəf gedir? Yaxud ölüm mələyi uşaqla birlikdə onun anasının daxilində məskunlaşıb? Özü kimi olan (yoxluqdan vücuda gələn) məxluqu (ölüm mələyini) vəsf etmək gücündə olmayan öz Allahını necə vəsf edər?