Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/211-ci xütbə
←210-cu xütbə | Nəhcül-bəlağə. 211-ci xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
212-ci xütbə→ |
İmam Əli əleyhis-salamın öz səhabələrini cihada (Allah yolunda vuruşmağa) həvəsləndirdiyi kəlamlarındandır.
Allah sizdən Onun (nemətlərinin) şükrünü yerinə yetirməyinizi istəyir və Öz hökmdarlıq və səltənətini sizin üçün saxlayıb (yer üzünün başçı və rəhbəri olmağa ancaq Onun dostları layiqdirlər). Geniş müsabiqə meydanında (dünyada) sizə çovqanı (başçılıq və ağalığı) ələ almaq üçün bir-birinizlə yarışmaq möhləti verib. Buna görə də paltarlarınızın bağlarını möhkəm bağlayın və (paltarlırınızın) beldən aşağı düşən artığını böyrəklərə kimi qatlayın (paltarlarınızın ayağın üstünə düşən ətəyini yığın, yaxud çox yeyib-içməkdən çəkinin, necə ki, buyurur:) İş fikrində olmaqla qonaqlıq bir araya sığmaz. (Buna görə də əgər bir iş görmək fikrindəsənsə, canına qulluq etməyi tərk et). Yuxu gündüzün qərarlarını necə də çox pozur və bir-birinə vurur. Qaranlıqlar necə də çox qərarların yada düşməsini zehnlərdən silir.