Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/222-ci xütbə

221-ci xütbə Nəhcül-bəlağə. 222-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
223-cü xütbə


İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin-səlləllahu əleyhi və alih-mədhi barəsindəki) xütbələrindəndir ki, onu Bəsrəyə gedərkən (Bəsrə yaxınlığındakı) «Zi-qar»da buyurub. Vaqidi onu «Cəməl» kitabında nəql edib. Həzrət Peyğəmbər məmur edildiyi şeyi bəyan edib və Rəbbinin sifarişlərini (hökmlərini xalqa) çatdırıb. Beləliklə, Allah onun vasitəsi ilə bir-birindən ayrılmış şeyi nizam-intizama saldı, dağınıqları bir yerə topladı və sinələrdə şölələnən düşmənçilikdən və qəlblərdə alovlanan kin-küdurətdən sonra qohumlar arasında birlik yaratdı.