Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/28-ci xütbə

27-ci xütbə Nəhcül-bəlağə. 28-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
29-cu xütbə


İmam Əli əleyhis-salamın (dünyaya etimadsızlıq və axirətə hazırlıq barədə buyurduğu) xütbələrindəndir. Haqq-təalaya həmd-sənadan və Həzrət Peyğəmbərə salamdan sonra. Həqiqətən dünya arxa çevirərək (sizin ürək bağladığınız şeylərdən) ayrılıqdan xəbər verir. Axirət yaxın və aşkar olmuşdur. (Dünya hamı üçün ötəridir. Ölümlə başlayan axirət isə gələcəkdir. Ona görə də, fani dünyaya ürək bağlamamaq, əbədi məkana getməyə hazırlaşmaq lazımdır.) Agah olun ki, bu günlər (ömrümüzdən qalan müddət xeyir işlər görmək və bəyənilmiş əxlaqa çatmaq üçün) mizmar və hazırlıq günüdür (dünyanın ləzzətinə göz yummaq lazımdır), sabah isə (axirət) önə keçmək günüdür. Önə keçmək (yarışın qalibi olanın yeri) cənnətdir, (axıra qalanın) sonu atəşdir. Belə isə, ölümü çatmadan öz günahından tövbə edən bir kimsə yoxdurmu? Görəsən özünün bədbəxtlik günü gəlmədən (ilahi əzabdan) öz nicatı üçün çarə edən yoxdurmu? (Yaxşı əməllər etsin ki, o gün saleh əməllərdən başqa heç nə nicata səbəb olmayacaq.) Agah olun ki, siz ardında ölüm dayanan arzu və ümid (həyatın əbədiliyi və yaşayışın davamı) günlərindəsiniz. Əcəli çatmazdan öncə arzu və ümid günlərində iş görən (camaata köməklik, Allaha bəndəlik edən) kimsənin əməli ona xeyir gətirəcək, ölümü ziyan vurmayacaqdır. Əcəli çatmamış həmin günlərdə səhlənkarlıq edənin (camaata köməklik, Allaha bəndəlik etməyənin) işi xarabdır və ölümdən ziyan çəkəcəkdir. (Çünki ölüm vaxtı camaata xidmət və Allaha bəndəlikdəki təqsirlərinə görə peşmançılığın xeyri yoxdur. Buna görə də nəticə etibarı ilə ziyan görəcəkdir.) Agah olun, rahatlıq və əmin-amanlıq vaxtında (əlləriniz çatan vaxt), xof və qorxunun sizə hakim kəsiləndə iş gördüyünüz kimi (xalqa xidmət və Allaha ibadət yolunda çalışın) əməl edin. Agah olun, mən Cənnət kimi bir nemət görmədim ki, onu arzulayan qəflət yuxusunda olsun. Nə də atəş kimi bir əzab gördüm ki, ondan qaçan bihuşluq yuxusunda olsun! Bilin ki, haqqdan xeyir tapmayana mütləq batilin ziyanı yetişəcəkdir. Hidayətlə doğru yola gəlməyəni azğınlıq çarəsizliyə və ölümə sürükləyir. Agah olun ki, sizlər köçməyə (bu saraydan əbədi saraya getməyə) məmur edilmisiniz (bundan başqa çarəniz yoxdur) və azuqə toplamağa yönəldilmisiniz. Ən qorxulu olan iki şey var və sizin üçün onlardan qorxuram: Biri nəfsinizin arxasınca getməniz (gözlərinizi həqiqətə yumar) və digəri isə arzularınızın çoxluğudur. (Sizə axirət üçün azuqə və ehtiyat toplamağa imkan verməz.) Belə isə sabah onun vasitəsilə özünüzü qiyamətdə (əbədi əzabdan) qoruyacağınız şeyin, (camaata xidmət və Allaha bəndəliyindən) tədarükünü bu dünyada görün. (Seyyid Rəzi buyurur:) Deyirəm: Xalqı zahidliyə, dünyaya rəğbətsizliyə, axirətdə işə yarayan xeyir əməllərə vadar edən söz olarsa, hərhalda bunlar Həzrətin həmin sözləridir. Camaatı çox bağlı olduqları amal və arzulardan daşındırır, öyüdün, Allaha və Peyğəmbərə qarşı üsyan və itaətsizliyin qadağa şöləsini həddən çox alovlandırır. O Həzrətin sözlərinin heyranediciliyi ondadır ki, buyurur: «ألا وَ إِنَّ الْيَوْمَ المِضْمارُ وَ غَداً السِبَاقُ وَالسَّبْقَةُ الْجَنَّةُ وَالْغايَةُ النَّارُ» Çünki bu sözdə ifadənin böyüklüyü və mənanın dərinliyilə yanaşı həqiqətə və işin mahiyyətinə uyğun təşbihdə heyrətamiz sirr və incə məna vardır. Buyurur: وَالسِّبْقَةُ الْجَنَّةُ وَالغايَةُ النَّارُ İki mənadakı fərqə görə iki növ sözdən istifadə etmişdir: أَلسَّبْقَةُ sözünü Cənnət üçünأَلْغايَة sözünü isə atəş üçün işlətmişdir. وَالسِّبْقَةُ النَّارُ deyilوَالسَّبْقَةُ الْجَنَّةَ buyurmuşdur. Çünki إِسْتِباق (önə keçmək) sözü yaxşı bir iş üçün və müsbət mənada işlədilir və Behiştin sifətidir. Atəş bu mənanı vermir. O atəşdən Allaha pənah aparırıq. Deməli, وَالسِّبْقَةُ النَّارُ buyurması düzgün olmazdı və ona görə də belə buyurmuşdur: وَالغايَةُ النَّارُ Çünki الغاية ona çatan hər bir kəs üçün bəzən şadlıq gətirmir, bəzən də sevinc bəxş edir. Deməli, bu sözü hər iki mənada izah etmək olar. الغاية kəlməsi burada Allah-təalanın buyurduğu مَصِير و مَأل sözü kimidir. (Qur’ani-Kərimin İbrahim surəsinin 30-cu ayəsi) قُلْ تَمَتَّعُوا فَإِنَّ مَصِيرَكُمْ إِلَى النّارِ «De, nalayiq işlərdən ləzzət alın. Beləliklə, sizin işlərinizin sonu atəşdir». Burada فَإِنَّ سَبْقَتَكُمْ إِلَى النَّارِ deyilməsi düzgün olmaz. Belə isə bu sözü dərindən düşün ki, onun batini heyrətamiz və çox dərindir. O Həzrətin sözlərinin əksəriyyəti belədir. Bəzi əlyazmalarda göstərilir ki, başqa rəvayətə görə سُبْقَة kəlməsində sin zəmmə ilə qeyd olunmuşdur. Ərəblər (yarışda) ötdüyü üçün önə keçənə (qalibə) mükafat verilən mala سُبْقَة (sini zəmmə ilə) deyərlər. سَبْقَة sözünün fəthə ilə olan mənası zəmmə ilə olan mənasına yaxındır. Çünki سُبْقَة (sözündə) sinin zəmməli olması pis və qəbahətli işin cəzası deyil, bəyənilən və sevilən işin mükfatıdır.