Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/54-cü xütbə

53-cü xütbə Nəhcül-bəlağə. 54-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
55-ci xütbə


İmam Əli əleyhis-salamın Siffeyndə səhabələrinin onun (Şam əhalisi ilə) müharibəni gecikdirdiyini və yubatdığını güman etdmkləri vaxt buyurduğu kəlamlarındandır: Amma sizin sözünüz: bu qədər düşünmək və gecikdirmək ölmək və öldürülmək qorxusuna görədirmi? And olsun Allaha, ölümə doğru getməkdən (döyüş meydanında öldürülməkdən), ya da ölümün məni qəfil yaxalamasından heç bir qorxum yoxdur. Amma sizin Şam əhli ilə (döyüşün vacibliyinə) şəkk və tərəddüd barəsində olan sözünüzə gəldikdə isə, Allaha and olsun, (onlardan) bir dəstəsinin mənə birləşərək hidayət olmalarını (azğınlıqdan əl çəkərək doğru yola gəlmələrini), yolumun aydınlığını öz zəif gözləri ilə görmələrini istəməsəydim döyüşü bir gün belə təxirə salmazdım. Azğınları öldürməkdənsə döyüş barəsində düşünməyi və təxiri daha çox sevirəm. Hərçənd ki, (onlar azğınlıqdan əl çəkməyib son nəticədə öldürüləcəklər və qiyamətdə İmama qarşı çıxdıqlarına və o Həzrətin düşmənlərinə itaət etdiklərinə görə) günahları ilə qayıdacaqlar (məşəqqətdə olacaqlar).