Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/61-ci xütbə

60-cı xütbə Nəhcül-bəlağə. 61-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
62-ci xütbə


İmam Əli əleyhis-salamı qəfil qətlə yetirməklə hədələdikləri vaxt Əli əleyhis-salamın buyurduğu kəlamlardandır (Səhabələri İbn Mülcəmin onu öldürmək niyyətində olduğunu xəbər verdikdə buyurdu:) Allah mənim üçün möhkəm qalxan yaratmışdır. (Mənim üçün ölüm təyin etdiyi vaxta qədər məni qoruyar.) Belə isə mənim günüm başa çatdıqda, o qalxan (qoruyucu) məndən ayrıldıqda və məni (ölümə) təslim etdikdə o zaman nə ox (ölüm) boşa çıxar, nə də yara (qəzavü-qədərin nizəsindən) şəfa tapar.