Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/79-cu məktub

78-ci məktub Nəhcül-bəlağə. 79-cu məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev


İmam Əli əleyhis-salamın (zahirdə) xilafətə çatanda ordu başçılarına məktublarındandır (ki, onda onları haqqa tabe olmağa əmr edərək batil və nahaqdan çəkindirib). Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: sizdən qabaqkılarınızın həlak olmalarının səbəbi bu olub ki, onlar xalqı haqdan (hidayət və nicat yolundan) saxlayıblar və xalq da onu alıb (qəbul edərək tabe olub, yaxud satıb, yəni, əldən verərək ona qarşı etinasız olub). Həmçinin onları batilə (zəlalət və azğınlığa) vadar ediblər və onlar da ona tabe olublar.