Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/80-ci xütbə
←79-cu xütbə | Nəhcül-bəlağə. 80-ci xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
81-ci xütbə→ |
İmam Əli əleyhis-salamın (camaatı tərkidünyalığa və Allahın nemət və bəxşişlərinə şükr etməyə təşviq etdiyi) kəlamlarındandır.
Ey camaat! Zöhd və dünyaya bel bağlamamaq (nişanələri) arzuları azaltmaq və (Allahın) nemətlərinə şükr etmək, haramlardan uzaqlaşmaqdır. Bu üç şeyə nail olmasanız (hər üçünü yerinə yetirə bilməsəniz, onlardan ikisini tərk etməyin: birincisi), haram sizin dözümünüzə üstün gəlməsin (dözümlü olun və günaha batmayın) və (ikincisi, Allahın) nemətlərinə görə şükr etməyi unutmayın. (Çünki bunu etməsəniz) Allah-təala (qiyamətdə əzab üçün) aydın-aşkar dəlillər (peyğəmbərlər və ağlın dəlilləri) və (hamınızın əlinin altında olan) aydın (səmavi) kitablar vasitəsilə sizlər üçün üzr istəməyə yer qoymamışdır