Nələr görünür

Nələr görünür
Müəllif: Məxtumqulu Fəraqi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Seyr edəlim bu cahanı
Cahanda nələr görüner.
İsgənder, Cəmşid saldıran
Böyük binalar görünər.

Yaradan var etdi yoxdan
Dağlar dünya sürər çoxdan.
Sorsan, xəbər verər Nuhdan
Çeşməli çaylar görünər.

Çağlar, yalan dünya, çağlar,
Nə gülən qalar, nə ağlar.
Qar, yağmurlar bürcü bağlar
Kəmərli dağlar görünər.

Nə vətən qalar, nə çətən,
Sənəmlər seyr edib ötən,
Tuti, bülbül məskən tutan
Havalı dağlar görünər.

Məxtumqulu, kim var ölməz?
Əcəl doymaz, zəmin dolmaz,
Asman enməz, yer çevrilməz,
Gün yürür, aylar görünər.