Nərdivan
Müəllif: Əhməd Haşım
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Ağır-ağır çıxacaqsan bu nərdivanlardan
Ətəklərində günəş rəngli bir yığın yarpaq
Və bir zaman baxacaqsan səmaya ağlayaraq...
Sular qaraldı... Üzün pərdə-pərdə solmaqda,
Qızıl havalan seyr et ki, axşam olmaqda.
Əyilmiş ərzə, qanar, müttəsil qanar güller...
Durur alov kimi dallarda qanlı bülbüllər...
Sularmı yandı? Nədən tunca bənzəyir mərmər?
Bu bir lisani-xəfıfdir ki, ruha dolmaqda,
Qızıl havalan seyr et ki, axşam olmaqda...