Nalədəndir ney kimi avazeyi-eşqim bülənd

Nalədəndir ney kimi avazeyi-eşqim bülənd
Müəllif: Məhəmməd Füzuli


Nalədəndir ney kimi avazeyi-eşqim bülənd,
Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd.

Qıl mədəd, ey bəxt, vərnə kami-dil mümkün deyil,
Böylə kim, ol dilrüba bidərddir, mən dərdmənd.

Dağlərdir odlu könlümdə qarası qopmamış,
Ya sabati-eşq üçün od üzrə bir neçə sipənd.

Açılır könlüm gəhi kim, giryeyi-təlxim görüb,
Açar ol gülrux təbəssüm birlə ləli-nuşxənd.

Xaki-rahindən məni qaldıra bilməz sayə tək,
Qılsa gərdun afitabın hər şüaın bir kəmənd.

Cam tut der, saqiyi-gülçöhrə, zahid, tərki-cam,
Ey könül, fikr eylə gör kim, qansıdır tutmalı pənd.

Ey Füzuli, surəti-fəqrin qəbuli-dustdur,
Hiç dərvişi sənin tək görmədim sultanpəsənd.