Nara hey yanar
Nara hey yanar Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 107 |
Sədada səd mənəm, qəm bənasıyam,
Hicranda cəsədim nara hey yanar.
Cavanlar əzbəri, xoş səfasıyam,
Xəstə can ağlayar nara hey yanar.
Xəstə meyl eyləyər heyvaya, nara,
Canım, möhnət ara, hey vay an, ara.
Səqərdə cəsədi, cismi yanara
Verər bəndələrə nə ara, hey yanar.
İman, çağır dada, ay ağa yetər,
Dolanar xoş günün ayağa yetər.
Cəsəd cansız qalar, ay ağa yetər,
Yar çəkər dilindən nara, hey yanar.