Nasirülmülk Bakıdan İrana azim olduqda

Nasirülmülk Bakıdan İrana azim olduqda
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. II cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 81. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Məncə, İranə əbəs əzm ediyor Nasiri-mülk,
Göz önündə görürəm çünki budur İranı;
Var ikən parlaman içrə bu qədər qasiri-mülk –
Bir nəfər Nasiri-mülkün nə olur imkanı?!