Nazənin bu ömrümüz bir göz yumub açmış kimi
Nazənin bu ömrümüz bir göz yumub açmış kimi Müəllif: Aşıq Paşa |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Nazənin bu ömrümüz bir göz yumub açmış kimi
Gəldi keçdi duyamadıq bir quş qonub uçmuş kimi.
Necə keçdi biləmədik bu ruzigar öndən sona
Eylə tut ki, indi bizə bu yel əsib keçmiş kimi.
Neçələr gəldi bu mülkə getdivü köçdü giru
Oylə kim bir qəriban bir dəm qonub köçmüş kimi.
İşbu dünyaya gələnlər bircə dəm əylənmədilər
Xanimanın tökdü getdi yağılardan qaçmış kimi.
Sinlərə var kim, biləsən bu xəlayiq netdiyini
Sanasan kim bir əkindir Əzrayıl biçmiş kimi.
Bəxtlidir ol kişi kim dünyada adı qala
Olmədi, diridürür abi-həyat içmiş kimi.
Bu ömür sərmayəsin olmaz yerə xərc eylədin
Şoylə kim, bir key dəli nəqdin suya saçmış kimi.
Ey Aşiq, sən ömrünü haqq eşqinə sərf eylədin
Ta irərsən həsrətə bir göz yumub açmış kimi.