Naz et, dedim gözələ, işvələr azdır

Naz et, dedim gözələ, işvələr azdır
Müəllif: Mirzə Xürrəm


Naz et, dedim gözələ, işvələr azdır,
Baş açmadım oynundan onun, bu nə nazdır?

Necə baş çəkim dilbərin ayağından,
Ki, aciz göyərçinin yeri caynaği-bazdır.

Cah-cəlallı Sultan Mahmud neyləsin ki,
Aləmi eşq içrə çakəri-Ayazdır,

Xürrəm yazıb aləmə car çəkdi ki,
Mən itirdim, ağlaram, o tapdı, kefi sazdır.