Nazlıcasan, nazəninsən, bilməzəm cananəsən
Nazlıcasan, nazəninsən, bilməzəm cananəsən (XIV əsr) Müəllif: Qazi Bürhanəddin |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Nazlıcasan, nazəninsən, bilməzəm cananəsən,
Canımızsan, canımızsan, bilirəm cananəsən.
Sərvi boyundur, qiyamət qorxuram bundan qopa,
Fitnedir xüftə gözün, üşənürəm oyanasan.
Can ləbinin qamna dilər ki, qana, qana qan,
Necə sən qanlı ürəyimin qanına qanasan.
Qulluğa canım yasanır, necə zülfün yasanır,
Zülfünün bəndində məni sən usana sanasan.
Can ilə könül apardı əql, acıdı eşq der,
Asişindən bixəbərdir yana-yana yanasan.