Nazlana-nazlana
Müəllif: Qayıqçı Qul Mustafa
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Sevdasım başımızda
Göriir nazlana-nazlana.
Sülün kimi qarşımızda
Yürür nazlana-nazlana.

Gözümdən axan qan kimi,
Gözəllərə sultan kimi,
Xublar üstündə xan kimi
Durur nazlana-nazlana.

Ləbindən axar zülalı,
Güle bənzər ruxi alı.
Mən quluna bir şaftalı
Verir nazlana-nazlana.

Aşiqi məst edər sözün,
Min qan edər ala gözün,
Kakiliyle al mah üzün
Bürür nazlana-nazlana.

Mustafa medh edər seni,
Terk edib de getmə meni.
Taxıb boynuma zülfunü
Sürür nazlana-nazlana.