Neçədi - Oldu (Qeysər - Novrəs İman)
Neçədi - Oldu Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 190-192 |
Qeysər
Fərşi-züumurun neçə nizamı,
Neçədi cəsədi, canı neçədi?
Neçədi təhtində səhvətül xuram,
Neçədi əfzəli, xanı neçədi?
İman
Fərşi-züumurun beşdi nizamı,
Cəsədi yeddidi, canı üç oldu.
Üç varlıq təngində fərşi göstərin,
Əfzəli ikidi, xanı üç oldu.
Qeysər
Ayeyi-vəlnəcmi-iza havadan,
Nə olur aşikar o vəzzühadan?
Vəl şəmsi, vəl leyli iza yaxadan,
O əziz ayənin sanı neçədi?
İman
Vəl nəcmi-Rəsulun qəlbi münəvvər,
Vəzzüha camalı, hüsnü müəttər
Vəl leyli şəmindən alındı xəbər,
Şeş guşə ayətin sanı üç oldu.
Qeysər
Momudu şintiya İlya Taptap,
Naibi mərmərə əbzədül şəhab.
Tohiri-əladır amasil xitab,
Qatili-huşanın şanı neçədi?
İman
Momudu şintiya Rəsuli-əla,
Taptap-Əlidir, nami-İlya.
Mərmərə şahabim şahi-Mürtəza,
Qatili-huşanın şanı üç oldu.
Qeysər
Qeysərəm, sözümdən qaldı bir kalam,
Harda bu işlərə verildi əncam?
Sən de, mən eşidim yerbəyer tamam,
Neçədi mənzili, xanı neçədi?
İman
Tohiri-əladır imamül hüda,
Uzatma, kəs dilin, sözün et cüda.
Bənd elərəm səni, istəsə xuda,
İman deyər, axır sözün heç oldu.