Necə
Müəllif: Aşıq Nəsib
Mənbə: Tacir Səmimi, "Ağbaba aşıq mühiti", Bakı: "Elm və təhsil", 2014.

 
Davarişlər taladılar,
Yaşlı-qoca demədilər.
Savadlını tutdurdular,
“Yoldaş”, “xoca” demədilər,
Dinə hürüşdülər betər,
Ona uca demədilər,
İman-dinin sahibləri,
Göz yaşını sildi necə!

Elin bici, elin gici,
Haqqı kökündən qazıdı.
Deyirəm Şura “kişisi”,
Quyruğu yanmış tazıdı,
Urus-erməni qaynaşır,
Ər xoş günə tamarzıdır;
Bu gələn bir bic əyyamı,
İli ağır ildi necə!