Necə dil səbr edə hicran içində
Necə dil səbr edə hicran içində Müəllif: Hamidi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Necə dil səbr edə hicran içində,
Necə dil qəm çəke dövran içində?
Necə axa gözümdən qanlı yaşlar,
Necə bir üzə könlüm qan içində?
Necə bir şölələnsin bərqi-ahim
Gecələr künbədi-gərdan içində?
Necə bir ol pərim firqətində
Necə qur naləvü əfgan içində.
Dəxi vəxt olmadr kol şahi-xuban,
Bəni yad eyləyə yaran içində.
Dəxi vəxt olmadı kim xeymeyi-eyş
Quralım laləvü reyhan içində.
Gül, ey mey, Hamidi könlün sevindir
Ki, bəslər dərdi-eşqi can içində.