Necə kim ol sənəmin qəmzəyi-xunxarəsi var
Necə kim ol sənəmin qəmzəyi-xunxarəsi var Müəllif: Məhəmməd bəy Aşiq |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Necə kim ol sənəmin qəmzəyi-xunxarəsi var,
Dili-zarımda mənim qanlı ciyərparəsi var.
Dili-əşkimi mənim salma nəzərdən, ey göz,
Dut giranmayə onun səbəyi-səyyarəsi var.
Yar xalına baxan gözdə qaradan qalmaz,
Demə aşiq ona kim, gözlərin qarəsi var.
Dami-təxsirə salır hər yetən azadələri,
Qaşü göz, zülfün əcəb qəmzeyi-məkkarəsi var.
Sanma bikarə məni şahi-hünərməndanəm,
Yığılıb başıma dəhrin nəki avarəsi var.
Rəngi zərdim yox əcəb əşk ilə gülgünə dönüb,
Cigərimdə acı müjkan oxunun yarəsi var.
Küfrü zülfün sevəli kamil olub iymanım,
Gərçi bu rəmzlərin şerdə kəffarəsi var.
Bağlanmış silsileyi-kakilə könlüm möhkəm,
Mən kimi yüz min onun Aşiqi-biçarəsi var.