Necə xəyalı
Müəllif: Nəbi Miskin
dodaqdəyməz
Mənbə: Şair Nəbi Borçalı. Sığındım Mövlaya. Bakı, “Çıraq” nəşriyyatı, 2013. səh.133

Səhər səyahətə dalan aşiqin,
Gələr xəyalına necə xəyalı.
Necə xəyalı,
Xeyir necə xəyalı,
Yağıdır, yaxındır,
Necə xəyalı,
Cəhli-cahat eylər əhli nəzakət,
Açıldı tərsinə necə xəyalı?

Aylarla ah çəkər arada qasit,
Ahızar əhlidi arada qasit,
Arada qasit,
Arallar əxrəti,
Arada qasit.
Hicran zindanında,
darada qasid,
Kəşdeyi-kanarda qalsa qan ağlar,
Dalanda dərinə necə xəyalı?

Cəhdilə cahanda yandı çırağı,
Əzəl izzətinə yandı çırağı,
Yandı çırağı,
Allah nəzər saldı,
Yandı çırağı,
Alışdı cahanda,
Yandı çırağı,
Nəbinin şəninə yandı çırağı,
Səy edər sərində necə xəyalı.