Necəsən gəl, ey yüzü ağım bənim

Nerdəsən gəl, ey yüzü ağım bənim
Müəllif: İzzəddin Həsənoğlu


Necəsən gəl, ey yüzü ağım bənim?
Sən əritdin odlara yağım bənim.
     
And içirəm səndən artıq sevməyim,
Sənin ilə xoş keçər çağım bənim.
     
Hüsn içində sana manənd olmaya,
Əsli yuca, könlü alçağım bənim.
     
Al əlimi irəyim məqsudimə,
Qoyma yürəkdə yana dağım bənim.
     
Sən rəqibə sirrini faş eylədin,
Anun ilə oldu şıltağım bənim.
     
Qışladım qapında itlərin ilə,
Oldu kuyin üştə yaylağım bənim.
     
Bən ölücək yoluna gömün bəni,
Baqa dursun yarə toprağım bənim.
     
Toprağımda bitə həsrətlə ağac,
Qıla zari cümlə yaprağım bənim.
     
Bu Həsənoğlu sənin bəndəndürür,
Anı rədd etmə yüzü ağım bənim.