Neylərsə gözəl eylər

Neylərsə gözəl eylər
Müəllif: İbrahim Haqqı
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Haqq şeyləri xeyr eylər
Zənnətmə ki, qeyr eylər
Arif onu seyr eylər
Allah, görəlim neylər?
Neylərsə gözəl eylər.

Haqın olucaq işlər,
Boşdur qəmi təşvişlər,
Ol hikmətini işlər,
Allah görəlim neylər?
Neylərsə gözəl eylər.

Heç kimsəyə xor baxma,
İncitmə, könül yıxma,
Sən nəfsinə yan çıxma,
Allah görəlim neylər?
Neylərsə gözəl eylər.

Hər dildə onun adı,
Hər canda onun yadı,
Hər quladır imdadı,
Mevla görəlim neylər?
Neylərsə gözəl eylər.

Naçar olacaq yerdə,
Nagah açılır pərdə,
Dərman edər ol dərde,
Mevla görəlim neylər?
Neylərsə gözəl eylər.

Hər sözdə nəsihət var,
Hər şeydə nə zinət var,
Hər işdə qənimət var,
Mevla görəlim neylər?
Neylərsə gözəl eylər.

Bil elsineyi xalqı,
Ağlamahaq ey Haqqı,
Öyrən ədəbi xülqü,
Allah görəlim neylər?
Neylərsə gözəl eylər.