Niyə indi mərd kişi doğurmur çox qadınlar?

Niyə indi mərd kişi doğurmur çox qadınlar? (1993)
Müəllif: RAUF CAVAD

Dünən görüb pis işi, bu gün olub mərd kişi,
Guya ki, düzəlib, dəyişib dövran yerişi!

Qadın var bənzəyir qeyrətli kişi mislinə,
Kişi cinsi var bənzəyir abırsız cisminə.
Aləm qarışıb, Adəm övladı yaman çaşıb,
Düz yolu qoyub, vicdansız Şeytanla dostlaşıb.
Ayırmaq çətindir artıq kim kişi, kim dişi!

Bilinmir qadın-kişi, kim səbəbkar-günahkar,
Niyə indi mərd kişi doğurmur çox qadınlar?!
Bəlkə də qadınlıq, namus-ar artıq pozulub?
Çətindir cavab tapmaq, suallar məni yorub.
Dövran belə getsə, olacaq İblis gedişi!

Yemək-içmək olub lap zay, dadını itirib,
Qadın-kişi haram yeyib, pis əməl bitirib.
Atalar deyib, kim nə əkib onu da biçib,
Təəssüf ki, qadın-kişi günahkar yol seçib.
Çətindir dəyişilsin şərəfsizin vərdişi!

Günahların əziyyətini çəkir övladlar,
Azğınlığa səbəb, arsız kişilər-arvadlar.
İşlər tərsinə getsə mərdlik gec-tez pozular,
Qadınlıq-kişilik min cür pis hala yozular.
Köməy olsun bizə Rauf, görək yaxşı işi!