Niyə müqəssir həqiqəti sevməz?

Niyə müqəssir həqiqəti sevməz?! (1994)
Müəllif: RAUF CAVAD

Niyə müqəssir həqiqəti sevməz?!
Çünki, təqsirkar, bu nadan dilbilməz!

Söz olub bezar küt naqis əlindən,
Nə qədər söz desən kifayət etməz!

Sirri müəmmadır həyat qafilə,
Cahil həqqi duysa da söz eşitməz!

İstərsən olasan bəşərə əlac,
Acı söz söyləmə düzə, sus dinməz!

Dünya əzəldən olub dərdə məskən,
Bu zindanda, Zaman da gəlib keçməz!

Yoxmu məgər bir kimsə dərman ola?!
Yəni Ümid də dad-haraya yetməz?!

Vurulub qəlbə hər tərəfdən yara,
Silsən qara ləkəni izi getməz!

Kaş bilsən əgər Raufun dərd-qəmin,
Bu yerlərə bir kimsə bir də gəlməz!
    ...Müəllif:Rauf Cavad