Nizam qurar Rəcəb dayı çün məqsəd-mətləb ayı

Nizam qurar Rəcəb dayı çün məqsəd-mətləb ayı! (1993)
Müəllif: RAUF CAVAD

Xoş gəlmisən elimizə, heybətli Rəcəb ayı,
Şanın-şöhrətin var necə gözəl, xoş əcəb ayı.

Məhəbbətin-Rəhmətin tüm aləmə edər nəzər,
Ədalətin hərə tərəfi gəzər, ədəb ayı.

Bu dünyada var Həqiqət doğulub açıq-aşkar,
Kimi görər kimi yox, Rəcəb Xaliqin dəb ayı.

Hər il gəzib-dolanar intizamla günlər-aylar,
Nizam qurar Rəcəb dayı çün məqsəd-mətləb ayı!

Mərifət Hikmətin əsası, əməlin qidası,
Ağıl düşüncənin ağası, Qüdrət-Məktəb ayı.

İmanın şərtidir ola insanda ədəb-ərkan,
Dinin fitvasıdır əxlaq, Hörmətli Məzhəb ayı.

Kimsəsizə əl tutar, kim yetimi qucaqlayar!?
Vicdan görüb ağlayar, insaf-Həya-mənsəb ayı.

Dolub-daşır cahanın pis-şərəfsiz cahil sayı,
Kor olub gözləri, görmür özünü, Məşrəb ayı!

Oyanmır qafil yuxudan, doymur acgöz dünyadan,
İtib şərəfi, axtarmır hədəfi, səbəb ayı!

Getməz belə dövran çün çoxalıb lal-kar-kor insan,
Tanrı bir gün nankora mütləq edər qəzəb ayı.

Nəfs adət edib tutur oruc, qanmır nədir borcu!
Unudub dinsiz arı, sanır Rəcəb ərəb ayı.

Ədalət dinin kökü-dirəyi, Rauf şəfqəti,
Qərib düşüb həqiqət, sevgili Rəcəb, Rəbb ayı!