Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı
Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı (2021) Müəllif: [[Müəllif:Məmməd Ələkbərov|Məmməd Ələkbərov]] |
Məmməd Ələkbərovun “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” monoqrafiyası 2021-ci ildə Bakıda “Elm və Təhsil” nəşriyyatında işıq üzü görmüşdür. Kitabın layihə rəhbəri AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Baş elmi məsləhətçi görkəmli nizamişünas AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, transliterasiya edən, nəşrə hazırlayan və ön sözün müəllifi fililogiya elmlər doktoru, dosent Əzizağa Nəcəfzadə, elmi redaktoru AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nüşabə Araslı, rəyçiləri filologiya elmləri doktoru Seyfəddin Rzasoy, filologiya elmləri doktoru Paşa Kərimovdur.
Kitab Məmməd Ələkbərovun Bakı Dövlət Universitetinin kitabxanasında qorunan “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” (1947-ci il) mövzusunda dissertasiya işinin əlyazması əsasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda transliterasiya olunaraq manaqrafiya halında çapa hazırlanmışdır. Monoqrafiya Nizami irsini öyrənən tədqiqatçılar, filoloji təhsi alan tələbələr və şairin yaradıcılığına maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Kitab Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin Rəyasət Heyətinin 22 yanvar 2021-ci il tarixli, 2/5 saylı qərarının və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının 19 yanvar 2021-ci il tarixli, 1 saylı iclasının qərarı ilə çap olunub.
Mündəricat
redaktə1. Məmməd Ələkbərov və onun "Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı" əsəri haqqında
2. Bir neçə söz
3. Nizami Gəncəvi və xalq yaradıcılığı
4. Nizami yaradılığında Azərbaycan mərasimləri
5. Nizami yaradıcılığında folklor motivləri
6. Nağıllar və dastanlar
7. Atalar sözü və məsəllər
8. Kitabiyyat