Nola gər qucsa miyanın kəməri-zər küstax
Nola gər qucsa miyanın kəməri-zər küstax Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.93. |
Nola gər qucsa miyanın kəməri-zər küstax,
Gətirib çoxları ortayə zər, eylər küstax.
Xaki-sağər, Cəmü Cəmşiddir, ey piri-müğan,
Xəbər et saqiyə kim, tutmaya sağər küstax!
Rəşk odilə yaxılır rişteyi-canım ki, neçün
Dəgər ol arizə geysuyi-müənbər küstax.
Rövzənindən qoma kim, gün düşə xəlvətgəhinə,
Hərəmi-şahə nə layiq girə çakər küstax.
Saxla, ey əşk, ədəb, getmə səri-kuyinə çox
Ki, düşər gözdənü üzdən sürülər hər küstax.
Həvəsim badeyi-gülgunə bu ümmid ilədir
Kim, olam məstü tutam daməni-dilbər küstax.
Bənzədirsən özünü itlərinə hər saət,
Ey Füzuli, ola bilməz sənə bənzər küstax.