Nooldu bəs?!
Nooldu bəs?! (22.11.2020) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
“Yol çəkirdin, nooldu bəs?!” – Bağlandı var-yox yolların!
Tüklərin bir-bir yolundu, düşdü heydən qolların!
“Qonşu haqqı – Tanrı haqqı!” – söyləmiş Qorqud Atam,
Tapdadın haqqı, az oldu yoxsa bizdən yalların?
İstədin bayquş kimi viranələr sultanlığı,
Dimdiyində sərçətək cikkildədin qartalların!
Boş başınla bir düşündünmü döyüş sənlik deyil?!
Şirlərin çəngində neylər itlərin, çaqqalların?
Öz yuvanda itlərin zingildəyir hər gün sənə –
Boynunu etmiş qısıq hala bu miskin halların!
“Qatlayıb qoy dal cibə, layiq deyil bayraq sənə!”
Boynuna sal torbanı, düş arxasınca dolların!
Gəldi ASLAN nərəsi, Teymur, sevin, düşmən yenə
Gizlənib dovşan kimi, titrər dibində kolların!