Novruz-Qəndab
Novruz-Qəndab Müəllif: Şifahi xalq ədəbiyyatı |
Dastandan
redaktəGecə ayaz, gündüz bulud,
Qaldım dəryada, dəryada!
Ana, köynəyimi qurud,
Qaldım dəryada, dəryada!
Bu dəryada balıq çoxdu,
İnsanatda ölüm haqdı.
Beş arşın kəfənim yoxdu,
Qaldım dəryada, dəryada!
Novruz ağlar yana-yana,
Balıqlar oldu divana.
Yandı bağrım, döndü qana,
Qaldım dəryada, dəryada!