Nuhun öz qövmünə nifrini

Nuhun öz qövmünə nifrini

Sister Projects. Həmçinin baxın: Haqqında •


Qurani-Kərimdə dəqiqliyi ilə gəldiyi kimi, Nuh düz 950 il öz qövmünü dinə təbliğ və Allaha ibadət etməyə dəvət etdi. Bu müqəddəs dinin inkişafı üçün aşkarda və gizlində gecə-gündüz rahatlıq üzü görmürdü. Qısa desək, hər bir kiçik fürsətdə həqiqəti, Allaha imanı, cəza gününü, fəziləti, təqvanı camaata çatdırırdı. Amma uzun bir müddətin keçməsini və camaatın düşmənçiliyinin günbəgün artmasını nəzərə alaraq yavaş-yavaş ümüdini itirirdi. O, bir neçə iman gətirən şəxslərdən başqa hamıdan gözünü çəkmişdi. Xüsusilə, Allahın vəhyi də onun daha da ümidsiz olmasına kömək edirdi. Çünki Allah ona xəbər vermişdi: -“Əvvəlcə iman gətirənlərdən başqa tayfadan daha heç kəs iman gətirməyəck. Onların etdikləri əməllərə görə kədərlənmə! (Biz tezliklə onları məhv edər, səni kafirlərin zülmündən qurtararıq).”

Bir hədisdə deyilir ki, Nuhun dəvətindən 300 il keçmişdi. Nuh öz qövmünə nifrin etmək istəyirdi. Elə bu fikirlə sübh ibadətini edib oturmuşdu və nifrin etmək istəyirdi ki, yeddinci göydən bir neçə mələk gəlib ona dedilər:

-”Səndən bir xahişimiz var.”

Nuh soruşdu: -”Xahişiniz nədir?”

Dedilər: -”Öz nifrinini təxirə sal, çünki Allahın yer üzündə ilk əzabı olacaq. Nuh cavabda dedi ki, 300 il də onu təxirə saldım, (yəni əgər 300 il bundan sonra diri qalsam nifrin etməyəcəyəm). 300 il də keçdi və Nuh yenə də nifrin etmək istədi. Altıncı göydən bir dəstə mələk onun yanına gəlib yenə də nifrini təxirə salmağını istədilər. Beləliklə 300 il də təxirə düşdü. Amma 900 il keçdikdən sonra Nuh və tabeçiləri düşmənlərin əzab-əziyyətindən təngə gəlmişdilər və ondan istədilər ki, Allahdan bir qurtuluş yolu tələb etsin. Nuh onların xahişini qəbul etdi. Namaz qıldıqdan sonra əllərini Allah dərgahına qaldırıb dua etdi. Cəbrail nazil olub Nuha dedi: -“Allah taala sənin duanı qəbul etdi. Get öz tərəfdarlarına de ki, xurma yeyib tumunu basdırsınlar. Hər vaxt xurma ağacı olub bəhər versə istəklərinə çatacaqlar.

Nuh Cəbrailin sözlərini möminlərə çatdırdı. Onlar hamısı sevincək Allahın fərmanına əməl etməyə başladılar. Ağaclar böyüyüb bəhər verdikdə Nuhun yanına gəlib dedilər: -“Xəbər verdiyin zaman gəlib yetişmişdir.” Nuh Allahdan istədi ki, öz vədəsinə əməl edib əzabı nazil etsin. Vəhy gəldi ki, onlara de: -“Xurmalarını yeyib tumunu basdırsınlar. Ağaclar bəhər verəndə xilas olacaqlar.” Bu sözdən sonra Nuha iman gətirənlərin üçdən bir hissəsi dindən əl çəkib mürtəd oldular. Amma qalan üçdən iki hissəsi isə xurma yeyib, tumunu əkdilər. Ağac böyüyüyənə qədər ona qulluq etdilər. Bəhər verdikdə Nuhun yanına gəlib Allahın vədəsinə vəfa etməsini istədilər. Yenə də vəhy oldu ki, onlara de: -Xurmasını yeyib tumunu əksinlər. Bu zaman digər üçdən bir hissə də dindən üz döndərdilər. Ancaq üçdən bir hissəsi qaldı. Allah tərəfindən yenə də əmr yetişdi. Tumu əkdilər, böyüdü və bəhər verdi. Nuhun yanına gəlib dedilər: -“Bu bir neçə nəfərdən başqa heç kəs qalmayıb. Əgər bu dəfə də təxirə düşsə biz də qorxuruq ki, dində həlak olanlardan və azmışlardan olaq.” Nuh namaz qıldı, dua etdi və duasında belə dedi: -“Pərvərdigara, bu bir neçə nəfərdən başqa heç kəs qalmayıb, qorxuram əgər bu dəfə də təxirə salsan onlar da getsinlər. Bu anda Allahdan vəhy gəldi. “Duanı qəbul etdik, indi isə gəmi düzəltməyə başla.”

Başqa bir hədisdə deyilir ki, imtahanlardan sonra 72 nəfərdən çox dindar qalmadı. Allah taala Nuha belə vəhy etdi: -“Bu ona görə idi ki, xalis, pak, əsl mömin bəndələr qalsınlar və napak insanlar sənin ətrafından təmizlənsinlər. İndi mən onlara dinlərində qüvvət verəcəyəm və qorxularını əmin-amanlıqla dəyişdirəcəyəm ki, mənə ixlasla ibadət etsinlər.

Beləliklə Nuh öz qövmündən tamamilə ümüdini üzdü. Onların düşmənçiliyini, əzab-əziyyətlərini görüb onlara şiddətlə nifrin edərək dedi: -“Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma. Çünki Sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir (oğul-uşaq) doğub törədəcəkdir!”

Allah taala Nuhun duasını qəbul etdi və əzabı o zalım camaata qəti etdi. Hətta Nuha belə onlar üçün kömək istəməməsini əmr edərək buyurdu:

-“Zülm edənlər barəsində Mənə müraciət etmə (onların bağışlanmalarını Məndən xahiş etmə). Çünki onlar suda boğulacaqlar!”

Bəli, nadan camaat onların hidayəti yolunda gecəsini gündüzünə qatan, heç bir təmənnası olmadan onları bədbəxtçilik, iki tirəlik yaradan, heç bir faydası olmayan cansız mücəssəmələrin ibadətindən xilas edən böyük şəxsiyyətə, Allahın peyğəmbərinə təşəkkür əvəzinə ona əzab-əziyyət verir və onun hikmətli, ürəyəyatan sözlərinə qulaq asmaq əvəzinə isə, necə ki, Nuh özü deyir, barmaqlarını qulaqlarına qoyur, paltarlarını başlarına çəkirlər. Bu cür camaat fəlakətdən başqa heç nəyə layiq deyildir. Gərək bu qövm kökündən aradan qaldırılsın və yerinə yeni bir nəsl gəlsin ki, peyğəmbərlərin sözlərini, Allahın həqiqətlərini dərk etməyə qabiliyyətləri olsun.

Həmçinin bax

redaktə