Nuhun dəvəti və camaatla höcətləşməsi

Nuhun adı, əxlaqı və onun xasiyyətləri

Sister Projects. Həmçinin baxın: Haqqında •


Deyildiyi kimi Nuhun tayfası bərk bütpərəstliklə məşğul idilər. Bütlər özlərinə çox güclü və sarsılmaz tərəfdarlar tapmışdılar. Bəlkə də (necə ki, yuxarıda bu mövzu haqqında bəhs etdik) onun yeni camaatı özünə tərəf çəkməsi və şeytanın səadət yoluna atdığı yeni bir tələ idi. Başqa bir tərəfdən də camaatın fikri o qədər də inkişaf etməmişdi ki, xeyrlə ziyanı ayırd edib, öz əməllərinin pisliyinə agah olsunlar. Hər halda Nuhu böyük çətinliklərlə üzbəüz edib öz müqəddəs məqsədi, tövhid, allahpərəstlik uğrunda zəhmətlərə qatlaşmağa məcbur etmişdir. Onun ruhani sözləri camaatda çətinliklə təsir qoyurdu.

Dinlərin bu ilahi insanlara verdikləri cavablardan ağıllarının zəifliyi və onunla bərk düşmənçikləri açıq-aşkar görünüdü. Hətta bir həddə çatdı ki, o həzrəti istehza edib ələ salmağa başladılar. Onlardan bir neçəsini Qurandan seçib sizin üçün tərcümə edirik:

-“Həqiqətən biz Nuhu öz tayfasına peyğəmbər göndərdik.” Nuh dedi: -“Mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm! Allahdan başqasına ibadət etməyin. Mən (cəza) şiddətli günü (Qiyamət günü) sizə üz verəcək əzabından qorxuduram!”

Burada tayfa başçıları pul, sərvət və qüdrət əllərində olduğundan özlərini hamıdan üstün sayırdılar. Nuha dedilər: -“Biz səni ancaq özümüz kimi (adi) bir insan sayırıq.” Başqa bir ayədə var ki, bir-birlərinə dedilər: -“Bu sizin kimi yalnız adi bir insandır. (Peyğəmbərlik iddiası ilə) sizə böyüklük etmək istəyir. Əgər Allah (Ondan başqasına ibadət etməməyimizi) istəsəydi (bizə peyğəmbər olaraq insan deyil) mələklər göndərərdi.” Bəlkə hədlərindən keçib Nuha və onun tabeçilərinə dəlilik, azğınlıq və yalan nisbəti verərək dedilər: -“Bu adamda sadəcə olaraq bir dəlilik var.” ya dedilər: -“Biz səni (haqq yolundan) açıq-aydın azmış görürük!” ya da başqa bir ayədə deyirlər: -“Biz sizi yalançı sanırıq.”

Yüngül fikirli tayfa başçıları öz vəzifələrini və maddi mənfəətlərinin Nuhun təbliğatı ilə əziləcəyini başa düşürdülər. Nuhun məntiqli, dəlilli sözlərinə cavab tapmayıb məğlətə etməyə başlayırdılar. Əgər məsələyə bir az insafla yanaşsaq görərik ki, elə Allahın peyğəmbərlərin besətində sünnəsi bu idi. Yəni hər bir tayfaya öz içərisindən peyğəmbər yollayır. Çünki öz tayfası onun əslini, nəslini və bütün xüsusiyyətlərini hamıdan yaxşı tanıyır. Bununla ondan yaxşı söz eşidər və dəvətini heç bir şübhə olmadan qəbul edərlər.

Çox təəssüflər olsun ki, Nuhun tayfası bu yersiz sözləri gələcək peyğəmbərlərin düşmənləri üçün yadigar qoydular.

Nuha tutulan iradlardan biri də bu idi ki, ona deyirdilər: -“Elə ilk baxımda yalnız içimizdəki səfillər (cütcü, pinəçi, dəmirçi, dərdi və s.) sənə uyduğunu görürük.” Fəziləti pulda, sərvətdə bildikləri üçün dedilər: -“Eyni zamanda sizin bizdən (heç bir şeydə) üstün olduğunuzu da görmürük, əksinə biz sizi yalançı hesab edirik.” Başqa bir ayədə Nuha təəccüb edərək, ya ələ salmaq üçün deyirdilər: -“Sənə ən rəzil adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?” Bu eynilə Rəsuli-Əkrəmə (s) Məkkə müşriklərinin tutduqları irada bənzəyir.

Nuh onların cavabını bir neçə cümlə ilə belə buyurdu: -“Mən (haqq yoldan) heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!” “Ey cammat, bir deyin görək əgər mən Rəbbimdən açıq-aşkar bir dəlilə (möcüzə) istinad etsəm Rəbbim mənə Özündən bir mərhəmət (peyğəmbərlik) bəxş etsə və o sizə gizli qalsa, istəmədiyiniz halda biz sizi ona (iman gətirməyə) məcburmu edə bilərik?” “Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!” “Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq, sizin də qorxmanız və (bunun nəticəsində) rəhm oluna bilinməniz üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz?”

Bəzən də böyük sübutlara, özündə ya başqa məxluqatda olan Allahın nişanələrinə işarə edib deyirdi: -“(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox bağışlayandır. O, sizə göydən bol yağış göndərər, O, sizə mal-dövlət oğul-uşaq əta edər. O, sizin üçün bağlar-bağçalar yaradar və çaylar axıdar. Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz (sizə nə olub ki, Allahın əzəmət və qüdrətindən qorxmur, Onu layiqincə uca saymırsınız? Yaxud iman gətirəcəyiniz təqdirdə Allahın axirətdə sizə mərhəmət əta edəcəyinə ümid bəsləmirsiniz?) Halbuki, O sizi cürbəcür xəlq etdi. Məgər görmürsünüz ki, Allah yeddi göyü qat-qat necə yaratdı. Orada ayı bir nur, günəşi də bir çıraq etdi və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və (Qiyamət günü dirildib oradan da) çıxardacaqdır. Allah yeri sizin üçün xalı etdi (fərş kimi ayaqlarınızın altına döşədi) ki, onun geniş yollarında gəzəsiniz.”

Çox vaxt başqa peyğəmbərlər kimi bu cümləni də öz sözlərinə artırıb deyirdi: -“Ey camaat! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatımı vermək ancaq Allaha aiddir. (Bu ki, deyirsiniz mənə iman gətirənlər bir neçə səfil və yoxsul insanlardır. İstəyirsiniz mən onları qovum, bəlkə siz iman gətirəsiniz.) Mən iman gətirənləri qovan deyiləm.” “Əgər mən onları qovsam, (bu hərəkətimə görə) məni Allahın əzabından kim qurtara bilər? Məgər (səhv etdiyinizi) düşünmürsünüzmü?”

Bundan əlavə mən onların batinlərindən agah deyiləm və bilmirəm hansı əməlin sahibidirlər. Mən onları özümdən qova bilmərəm.

Hər halda həzrətin o yüngül fikirli tayfa ilə bir çox mübahisələri oldu. Nuhun gözəl, məntiqli dəlilləri müqabilində sözləri olmadığından düşmənçiliyə və onu təhdid etməyə başladılar. Günlərin bir günü dedilər: -“Ey Nuh, bizimlə çənə-boğaz olub çox mübahisə etmə. Əgər doğru danışanlardansansa, bizi təhdid etdiyin əzabı gətir görək.” Yenə də dedilər: -“Ey Nuh, əgər (dediyin sözlərdən və bütlərimizi təhqir etməkdən) əl çəkməsən, mütləq daşqalaq ediləcəksən.”

Onlar Nuhla mübahisədən ayrılıb, daha çox inad və düşmənçiliklə camaata dedilər: -“(Nuhun sözlərinə görə) Öz tanrılarınızı tərk etməyin, (xüsusilə) Vəddi, Suvanı, Həğusu, Yəuqu və Nəsri atmayın.”

Həmçinin bax

redaktə