O qarayanızdır, mən ağ saçlıyam

O qarayanızdır, mən ağ saçlıyam
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: Maarif Soltan
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004.

O qarayanızdır, mən ağ saçlıyam.
Belə qaldırırıq fərqi aradan:
Qara rəng vururam mən ağ saçıma,
O qara üzünə sürtür ağ kirşan.