Of, bu yol
Of, bu yol Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005 |
Bənim yolum yalançı
Girdablarla dolmuşdur.
Yıxılmamaq bu yolda
Bana haram olmuşdur.
İman etm ək güc olmuş,
Bir doğruya, yalana.
Hər kəs əngəl oluyor
Bir imanda qalana!
Hər gün yeni bir ümid,
Hər gün yeni bir xəbər;
Ancaq dünya əsgidi,
Haqq və doğru nə gəzər?!
İnsaniyyət, о bir kitab -
Hər oxuyan yalançı.
Güc, bir həyat meydamdır -
Hər bir güclü talançı!
Yazıq bir çox məhkumlar
Hər bir sözə inanmış!
Sonra baxmış, qızaran
Şəfəq deyil, qan imiş!
Göy üzünün şimşəyi,
Yıldırımı, yağmuru
Soyutmadı, bu insan
Qanı içən dəmiri!
Ey Allahım yamltdın
Hər bir doğru addımı,
Yoxsa, yoxsul dünyadan.
Ədalətin qalxdımı?
Ey dinlinin, dinsizin
İnandığı son qüvvət!
Qalmadımı səndə də
İnsanlara mərhəmət!
Bən ki bilmək istərdim,
Kimlər ağlar, kim gülər?
Onunçündür etmişdir
Fələk bəni dərbədər!
Ariyorkən təsəlli
Baxdım mavi göylərə!
Bulamadım bir nöqtə,
Çıxamadım bir yerə.
Bən söylədim dərdimi,
Tazə yaşıl yaprağa!
Daha dərdim bitmədən
О sərildi toprağa!
Nə yoxsuldur təbiət,
Ömrü nə az çiçəyin?!.
Yazıq bağban sana ki,
Boşa çıxdı əməyin!..
Bezdim artıq qəhr olsun,
Murdarlaşdı bu əsr!
Yaxşı günlər keçiyor,
Tövbə ölüm gətirir!..