Ol şirinliyə mail, əsli xiridar əqlindir
Ol şirinliyə mail, əsli xiridar əqlindir! (1997) Müəllif: RAUF CAVAD |
Əvvəla ilk peyğəmbərin xeyirxah yar əqlindir,
Əgər aciz qalsan bil ki, günahkar dar əqlindir.
Qənd ilə şəkər gövhərin tamı, bilsən kaş yarı,
Ol şirinliyə mail, əsli xiridar əqlindir!
Sadə bir üsuli sirri gəl sən aşikar eylə,
Bul əzmi ziynəti kəndində, xilaskar əqlindir.
O həvayi həvəs ki, vardır ruhi vücudində,
Alovlandırır eşq qəlbi, çün səbəbkar əqlindir.
Qıl nəzər ey göz, Gözəlin hüsnü camalinə ki,
Tökülüb zülfü üz-gözünə ahü-zar əqlindir.
Sinə ağ, açılıb yaxa, qanə bulanıb lalə,
Kamal ilə sarıl boynuna, gülüzar əqlindir.
Mən canlı surəti ki, sirri kəşf eyləsə gözlər,
Görər Xəyalən rəsmi, əsli sənətkar əqlindir.
Rauf meyar tutub əqli, göstərir cümlə Rəhmi,
Oysan əgər o zülümkar nəfsi, memar əqlindir!