Ol dəmdə kim ədəmdə vücudim nihan idi

Ol dəmdə kim ədəmdə vücudim nihan idi
Müəllif: İsmayıl bəy Nakam
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Ol dəmdə kim ədəmdə vücudim nihan idi,
Birəng idim, qərargəhim binişan idi,
Şənim şükuhi qibtəgehi-qüdsiyan idi,
Zülfi-nigar mürği-dilə aşiyan idi,
Baği-səfadə bülbüli-can nəğməxan idi,
Cananə can, dilbərə dil mehriban idi,
Vəslətdə idi canü könül, şadiman idi,
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.

Nə qifli-"nun"güşayişinə "Kaf" olub kilid,
Nə eyləmişdi aləmi-imkani müstəfid,
Nə əql idi mükəlləf, nə nəfs idi ənid,
Nə vədə dilgüşa idi, nə qəmfəza vəid,
Nə bimi-dilxəraş, nə canbəxş idi ümid,
Adəm hənuz abü gil içreydi napədid,
Mövcud cümlə müntəziri-kunfəkan idi.
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.

Dərkar olub bu tarimi-niliyyi-nöhqübab,
Ta olmamışdı ünsüri-əcsam feyzyab,
Əhdi-şəbab keçmək üçün ömr edib şitab,
Fövq olmayırdı dəbdebeyi-mövsümi-şəbab,
Mülki-vücudi qılmağa seyri-fəna xərab,
Dövr etməyirdi aləmi-heyətdə inqilab,
Mahiyyəti-vücudə qədr pasiban idi
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.

Nə intizam bulmuş idi nəzmi-kainat,
Nə olmuş idi zatə əta kisveyi-sifat,
Nə gəlmiş idi zahirə eyni-təəyyünat,
Nə kambəxş vəsl idi abayə ümməhat,
Nə kəşf idi nükati-müəmmayi-hadisat,
Nə əql idi məşvəşi-rəmzi-təəllüqat,
Nə dil səqimi-keşməkeşi-inü an idi,
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.

Xoş ol zaman ki, aşiqi-gümnam idi könül,
Varəsteyi-təəllüqi-övham idi könül,
Dərbəndi-çini-zülfi-siyəhfəm idı könül,
Gah, saqi, gəh şərab, gəhi cam idi könül,
Pərvərdeyi-sükun idi, aram idi könül,
Bəzmi-vüsali-yardə nakam idi könül,
Peyvəstə səbzü xürrəmü kamran idi,
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.

Ta gəlməmişdi mövsümi-həngameyi-ələst,
Zərrat idi müəzzəzü məsudü həqpərəst,
Səngi-qürur şişeyi-əhdi qılıb şikəst,
Qədri-büləndruh hənuz olmamışdı pəsl,
Damani-vəsli şahidi-məna idi bədəst,
Qılmışdı canı şərbəti-didari-yar məst,
Gərm idi bəzm, sağəri-mey dər miyan idi,
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.

İrdi zamani-zilləti-hicran ehtiqar,
Tərkib olundu qeydimə bu ünsüri hisar,
Bu məhbəsi-küduratə naçar edib güzar,
Nakam gəldim aləmi-nasutə xarü zar,
Getdi əlimdən axır o rifət, o etibar –
Kim, bulmuş idim ərseyi-lahutdə qərar,
Bir Adəm idim onda, məqamım cinan idi,
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.