Ol saqi misal
Ol saqi misal Müəllif: Ağdabanlı şair Qurban |
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.337 |
Məcazı-məclisə, təri-təcnisə,
Dolandır saqini, ol saqi misal.
Yar dəstində nuş elərəm, acısa,
Doldur stəkana, olsağını sal.
Arif üç hərf ismə sayə tez tapar,
Ruhum irəhmindən saya tez tapar.
Yaram şəfalanıb saya tez tapar,
Zülfündən üstümə ol saqini, sal.
Beyvəfadı - gördüm yarı yandırar,
Yarıb bağrım bütün yarı yandırar.
Eşqin rəhm eləməz, yarı yandırar,
Qurbanı öldürsə ol saqini sal.