Ola (Molla Pənah Vaqif)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ola
Müəllif: Molla Pənah Vaqif


Xublar arığından yarımaq olmaz
İyidin həmdəmi gərək çağ ola
Bəstə boylu gərək, mina gərdənli
Zülfü siyah, var əndamı ağ ola

Döşün açıb əl dəyəndə yaxaya
Ağ gülün bağrına peykan toxuya
Bədənindən müşki ənbər qoxuya
Zülyü gərdənində bir qucaq ola

Bir mayabud gərək, baldırı yoğun
Sərasər ət basa dizin, topuğun
Əl vuranda dura buğumbabuğum
Titrəyə, quyruqdan çox yumşaq ola

Hayası üzündə, əqli başında
Öldürə Vaqivi gözü-qaşında
Ya on üç, ya on dörd, on beş yaşında
Nə ondan böyükrək, nə uşaq ola...

Mənbə

redaktə