Ola (Xəstə Qasım)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ola Müəllif: Xəstə Qasım |
Mənbə: "Xəstə Qasım (1684-1760)" (az.). shahbulaq.az. 12.09.2014. İstifadə tarixi: 2015-04-20. |
Bir gözəl sevəsən boyu tamaşa
Görən kimi könül ona bənd ola.
Gözəlliyi, gül camalı bir yana,
Dil-dodağı şəkər ola, qənd ola.
Bir gözəl sevəsən qaməti bəstə,
Görəndə aşiqi eyləyə xəstə.
Çoxdan axtarıram bir elə kəs də
İşarə anlaya, dərdimənd ola.
Mən Qasımam, əl götürməm canandan,
Canan qarşı gəlsə, keçərəm candan.
Rəngi artıq ola güldən, reyhandan,
Zülfləri boynuma bir kəmənd ola.