Ola (qoşma, Xəstə Qasım)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ola Müəllif: Xəstə Qasım |
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13. |
Usta, məni gözlərinə fəda qıl,
Səndən saz istərəm, amma saz ola!
Dindirəndə imran dillə danışa,
Şeyda bülbüllər tək xoşavaz ola!
Yamanı yamana, yaxşını mərdə,
Tərifini edim hər düşən yerdə,
Dolaşmaya simlər, vurmaya pərdə,
Gözəllər tək onda işvə, naz ola.
Xəstə Qasım sözüm söylərəm əyan,
Elə car eylərəm bəyanbəbəyan,
Qiymətin soruşsan, tamam min tümən,
Nə ondan çox ola, nə də az ola!